EN

Rəşad Sadıqov məğlubiyyəti qələbə adlandırdı

BAKI. 1 avqust. TELEQRAF

"Oyunçularımla fəxr edirəm, onlar böyük kişilik göstərdilər".

Teleqraf xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Xorvatiyada "Hayduk"a əlavə vaxtda 1:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis məğlubiyyətə və mübarizəni dayandırmalarına baxmayaraq, oyunçularından razılıq ifadə edib: "Bu, mənim üçün qələbə kimidir".

Chosen
22
1
teleqraf.com

2Sources