EN

İkinci Dünya Müharibəsini "görən" eynək: Çörçillin qiymətli əşyası hərraca çıxarıldı

BAKI. 31 iyul. TELEQRAF

Böyük Britaniyanın keçmiş baş naziri ser Uinston Çörçillin taxdığı eynəklər inanılmaz qiymətə satışa çıxarılıb.

Teleqraf "Daily Mail"ə istinadən xəbər verir ki, eynəklər müharibə zamanı Baş nazir üçün London optikləri C. W. Dixey və Sons tərəfindən hazırlanıb.

1954-cü ildə hazırlanmış və Çörçillin ikinci dəfə Baş nazir olduğu müddətdə istifadə etdiyi eynək 59,955 funta satılır.

Eynək və orijinal tünd mavi qutu istehsalçının imzalanmış məktubu ilə təqdim edilir.

Çörçill 1910-cu ildə ilk sifarişini verən C.W. Dixey and Sons şirkətinin uzun müddət himayədarı idi.

Eynəklərdəki tək ağ nöqtələr Çörçillin onlardan oxumaq üçün istifadə etdiyini bildirirdi. Digər cüt nöqtəli eynəklər isə nitq, rəsm və yazı üçün hazırlanmışdır. Eynəklər Bristolda Paul Fraser Collectibles tərəfindən satılır.

1777-ci ildə qurulan və hələ də fəaliyyət göstərən "C.W. Dixey and Sons" dünyanın ən qədim eynək şirkətidir.

Şirkət uzun illər kral ailəsi üçün eynəklər düzəldib. Şirkətin məşhur müştəriləri arasında Ceyms Bond-un müəllifi Yan Fleminq də var.

Chosen
13
teleqraf.com

1Sources