EN

Pyer-Emerik Obameyanq yenidən "Marsel"də çıxış edəcək

Bakı. Trend:

Pyer-Emerik Obameyanq karyerasını yenidən "Marsel"də davametdirəcək.

Trend-inməlumatına görə, Qabon millisinin təcrübəli hücumçusu Fransa klubuilə iki illik müqaviləyə imza atıb.

Son mövsümü Səudiyyə Ərəbistanında keçirən Obameyanq,"Əl-Qadisiya"nın heyətində 32 matçda meydana çıxaraq 17 qolla və 3məhsuldar ötürmə ilə fərqlənib.

Qeyd edək ki, 36 yaşlı forvard 2023/2024 mövsümündə də"Marsel"in formasını geyinib.

Chosen
26
az.trend.az

1Sources