EN

Cəlilabadda "QAZ 53" markalı avtomobil aşıb - 1 nəfər ölüb, 2 nəfər yaralanıb

CƏLİLABAD, 01 avqust. TELEQRAF

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, "QAZ 53" markalı yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hazırda xəsarət alan və həyatını itirən şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
34
teleqraf.com

1Sources