"Nərimanov Tibb Mərkəzi" publik hüquqi şəxs tibbi avadanlıqların təmiri xidmətlərinin satın alınması məqsədilə vəsait ayırmağı planlaşdırır.
Demokrat.az 32gun.az-a istinadən xəbər verir ki, müqavilənin dəyəri 89.638,70 manat məbləğindədir.
Satınalma tibb müəssisÉ™sindÉ™ mövcud avadanlıqların texniki sazlığının bÉ™rpası vÉ™ fasilÉ™siz tibbi xidmÉ™tin tÉ™min olunması mÉ™qsÉ™dini daşıyır.Â
Qeyd edÉ™k ki, NÉ™rimanov Tibb MÉ™rkÉ™zinin direktoru Fazil AlmÉ™mmÉ™dovdur.Â
Xatırladaq ki, 2023-cü ildə yayılan məlumata əsasən, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun yaxın qohumlarını mərkəzdə müxtəlif vəzifələrə yerləşdirdiyi, hətta təcrübəsiz və tibbi təhsili olmayan şəxslərin belə işə götürüldüyü iddia olunurdu. Həmçinin, onun dəbdəbəli həyat tərzi sürməsi, bahalı avtomobil və mənzil alması, ailə üzvlərinin adına obyektlər açması kimi faktlar gündəmə gəlmişdi.
Məsələ ilə bağlı açıqlama almaq istəyən jurnalistlər isə Mərkəzin ictimaiyyətlə əlaqələr bölməsindən məhkəmə ilə hədələnmişdi.
Fotoda: Adil Məmmədzadə
Həmçinin, mediada gedən məlumatlara görə, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov ötən il Adil Vilayət oğlu Məmmədzadə tərəfindən 400 min manatlıq borc qalmaqalı ilə bağlı məhkəməyə verilmişdi. Məsələ sonradan "başqa müstəvidə" həll olunub və Adil Məmmədzadə 2025-ci ildə Fazil Alməmmədovun müavini təyin edilib. Qeyd edək ki, Fazil Alməmmədovun ailə üzvlərinin də Tibb Mərkəzində vəzifə tutması ilə bağlı araşdırmalar yayılmışdı.
6Sources
-
paytaxt.orgLüks həyatı, bahalı avtomobili, qalmaqalları ilə gündəm olan Fazil Alməmmədovun 89 min AZN-lik əməliyyatı ( 19949171)
-
editor.azLüks həyatı, bahalı avtomobili, qalmaqalları ilə gündəm olan direktorun 89 min AZN-lik əməliyyatı -FOTOLAR ( 19938218)
-
hurriyyet.azLüks həyatı, bahalı avtomobili, qalmaqalları ilə gündəm olan direktorun 89 min AZN-lik əməliyyatı ( 19923391)
-
demokrat.azLüks həyatı, bahalı avtomobili, qalmaqalları ilə gündəm olan direktorun 89 min AZN lik əməliyyatı FOTALAR ( 19911484)
-
demokrat.azLüks hÉ™yatı, bahalı avtomobili, qalmaqalları ilÉ™ gündÉ™m olan direktorun 89 min AZN-lik É™mÉ™liyyatı — FOTALAR ( 19911415)
-
azia.azLüks həyatı, bahalı avtomobili, qalmaqalları ilə gündəm olan direktorun 89 min AZN-lik əməliyyatı ( 19909063)