EN

ABŞ-dən Ukraynaya yeni yardım layihəsi

Vaşinqton, 1 avqust — ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Ukraynaya 2026 və 2027-ci maliyyə illəri ərzində 54,6 milyard dollar əlavə yardım ayrılmasını nəzərdə tutan qanun layihəsini təqdim edib.

News24.az Tass-a istinadən xəbər verir ki, sənəd Demokrat senator Jeanne Shaheen və Respublikaçı senator Lisa Murkowski tərəfindən hazırlanıb. Layihədə Kiyev hökumətinə birbaşa hərbi yardım, ABŞ müdafiə sənayesinə sərmayələr və Birləşmiş Ştatlarda dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya kömək üçün istifadəsi nəzərdə tutulur.

Qanun layihəsində Ukraynaya 30 milyard dollar hərbi yardım, əlavə olaraq isə 3 milyard dollar Xarici Hərbi Maliyyələşdirmə (FMF) mexanizmi çərçivəsində vəsait ayrılması təklif olunur. Həmçinin Prezidentin Səlahiyyətləri ilə Yardım (PDA) mexanizmi üzrə ayrılan vəsaitin 2026 və 2027-ci illər üçün 100 milyon dollardan 6 milyard dollara qədər artırılması nəzərdə tutulur.

Qeyd edək ki, Senat 2024-cü ilin aprelində də Ukraynaya 61 milyard dollarlıq yardım paketini qəbul etmişdi, həmin vəsaitin bir hissəsi hələ də istifadə olunmayıb.

Xeyrənsə Piriyeva

Chosen
35
news24.az

1Sources