İyulun 31-i “Aztelekom” MMC-nin Cənub Regional Filalının Lerik rayon şöbəsinin əməkdaşı iş yerində həlak olub.
Bu haqda “Aztelekom” MMC açıqlama yayıb.
Bildirilir ki, bədbəxt hadisə nəticəsində elektrik montyoru vəzifəsində çalışan Sərdar Bali oğlu Həmidov həyatını itirib:
“Hadisə ilə bağlı yerli aidiyyəti qurumlara məlumat verilib və araşdırma aparılır.
Əməkdaşımızın ailəsinə kollektivimiz adından başsağlığı verir, yaxınlarına səbir diləyirik”.
"Cebheinfo.az"