EN

Kiyevə hücumun qurbanlarının sayı artıb | VİDEO

AzVision.az xəbər verir ki, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (FHDX) sözçüsü Aleksandr Xorunjiy bu gün səhər saatlarında belə açıqlama verib.

Bundan əvvəl FHDX xilasedicilərin gecə və səhər saatlarında Svyatoşinski rayonunda yaşayış binasının dağıntıları altından iki yaşlı uşağın cəsədi də daxil olmaqla 10 nəfərin cəsədini çıxardığını bildirmişdi.

“Artıq 27 nəfər ölüb. Svyatoşinski rayonunda xilasedicilərin daha bir nəfəri dağıntılar altından çıxarması barədə məlumat indicə yayılıb”,- Aleksandr Xorunjiy deyib.

Kiyevə dron və raket zərbələri: ölənlər və yaralananlar var | VİDEO
O, Rusiyanın bu zərbəsi nəticəsində ölənlərin sayının hələ də arta biləcəyini proqnozlaşdırır.

Beləliklə, iyulun 31-nə keçən gecə Rusiyanın iri PUA-larının və raketlərinin Kiyevə endirdiyi zərbə nəticəsində 3 uşaq və 23 böyük həlak olub. FHDX-nin məlumatına görə, 159 nəfər xəsarət alıb.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevə raket zərbəsini rus terrorçularının cinayəti adlandırıb.

ABŞ prezidenti Donald Tramp, Moskvanın bu addımını belə qiymətləndirib:“Rusiyanın bu gün Kiyevə zərbə endirməsi sadəcə olaraq iyrənc və kədərli idi”.



Sahil İsgəndərov
AzVision.az
Chosen
18
azvision.az

1Sources