“Siyəzən Broyler” ASC faktiki sahibi deputat Kamaləddin Qafarovun olsa da, şirkəti deputatın katibəsi Leyla xanımın həyat yoldaşı idarə edir…
Azərbaycan Prezidentinin sərəncamı ilə 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb. Əlbəttə dövlət başçısının səhiyyəyə, xüsusən onkoloji xəstələrə diqqəti təqdirəlayiqdir. Bir zaman deputat Fazil Mustafa da çıxışında bildirib ki, Azərbaycanda onkoloji xəstələr zülüm çəkir, pulu olan başını götürüb gedir Türkiyəyə, Almaniyaya, pulu olmayan burda qalıb ölür.
Amma prezidentin büdcədən ayırdığı son vəsaitin də vəziyyəti dəyişəcəyini düşünmək çətindir. Çünki bu sahə Milli Məclisinin deputatı, parlamenin Səhiyyə Komitəsinin üzvü, Milli Onkologiya Mərkəzinin Baş direktorunun müavini Kamaləddin Qafarovun birbaşa monopoliyasındadır.
Qeyd edək ki, Milli Onkologiya Mərkəzini idarə edən Kamaləddin Qafarov həm də “AzəriMed” şirkətinin rəhbəridir. Milli Onkologiya Mərkəzi bu illər ərzində “AzəriMed” şirkəti ilə heç bir tender olmadan 100 milyon manata yaxın alqı-satqı aparıb. Təsəvvür edin, Kəmaləddin Qafarov dövlətin milyonları ilə həm sifarişçi, həm də xidmət göstərən tərəfdir. Loru dildə desək, heç bir tender elan etmədən Kəmaləddin Qafarov özü özü ilə müqavilə bağlayır və dövlətin pullarını xərcləyir. Prezidentin büdcədən ayırdığı 650 min manatın da taleyi yəqin belə olacaq…
Poliqon yerli mətbuata istinadən xəbər verir ki, millətə vəkillik etməkdən daha çox qalmaqallarla gündəmə gələn deputat Kamaləddin Qafarovla bağlı daha bir iddia üzə çıxıb. Məsələ burasındadır ki, ölkənin ən böyük quşçuluq müəsissəsi olan və dəfələrlə ciddi nöqsanlar üzə çıxan “Siyəzən Broyler” ASC Kamaləddin Qafarova məxsus olması ilə bağlı dəfələrlə iddialar səsləndirilib. Düzdür rəsmi sənədlərdə və vergi qeydiyyatında digər şəxslərin adları göstərilir. Amma fakt ondan ibarətdir ki, “Siyəzən Broyler” ASC-nin faktiki sahibi deputat Kamaləddin Qafarovdur. Sadəcə olaraq şirkəti deputatın katibəsi Leyla xanımın həyat yoldaşı idarə edir.
Digər maraqlı məqam odur ki, iddia olunur ki, deputata məxsus bir çox obyektlərin idarəsi Leyla xanımın nəzarətindədir. Bu arada “lal deputat” ləqəbini alan Kamaləddin Qafarovun mediada aktivləşməsi də diqqət çəkir. Deyilənə görə deputat dərin “politoloji” təhlill məqlələrini yazmaq üçün də katib tutub. Deputat kürsüsündən bu günə qədər bir kəlmə də danışmayan Kəmaləddin Qafarov bu yazılarda az qala beynəlxalq analitik kimi çıxış edir…
Poliqon.info