EN

Lukaşenko bu gün Rusiyaya gedir: Putinlə təkbətək görüşəcək

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyada həmkarı Vladimir Putinlə qeyri-rəsmi şəraitdə regional təhlükəsizlik və birlik layihələrini müzakirə edəcək.

Publika.az xəbər verir ki, bu barədə Belarus dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Rusiyaya işgüzar səfərə yola düşəcək. Rusiya prezidenti Vladimir Putinlə görüş baş tutacaq. Söhbət təkbətək formatda aparılacaq", - məlumatda deyilir.

Bildirilir ki, dövlət başçıları qeyri-rəsmi şəraitdə Belarus-Rusiya münasibətlərinin inkişafı, birlik layihələri, beynəlxalq gündəm, regional təhlükəsizlik məsələləri ilə bağlı məsələləri müzakirə edəcəklər.

Chosen
14
publika.az

1Sources