Bu il şəxs adlarının dəyişdirilməsi ilə bağlı 300-dən çox müraciətə baxılıb.
Yenisabah.az report-a istinadla Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib.
Onun sözlərinə görə, şəxs adlarının əsas xüsusiyyətlərindən biri ictimai yerlərdə, iş prosesində, nitqdə başqa sözlərə nisbətən daha çox işlənməsidir: pizza
"Valideynlərin qoyduğu adların dəyişdirilməsi ilə bağlı qeydiyyat idarələrinə daha çox müraciət olunur. Bu il bununla bağlı 300-dən çox müraciətə baxılıb. Gülüş doğuran, mənası aydın olmayan, orfoqrafik cəhətdən səhv yazılan bu adlar qeydiyyat idarələri tərəfindən dəyişdirilib.
Adın seçilməsində əsas məsuliyyət ata və ananın üzərinə düşür. Buna görə də ad seçmə valideynlərin məsuliyyətini daha da artırır. Çünki valideynlər tərəfindən düşünülməmiş qoyulan adlar, sonradan övladlar tərəfindən dəyişdirilməsinə səbəb olur. Bunun mənfi nəticəsi uşaq boya-başa çatandan sonra daha çox diqqəti cəlb edir. Ad seçmə məsələsinə etinasız yanaşmaq uşaqların həyatına mənfi təsir edir. Təəssüf ki, bir sıra valideynlər müqəddəs vəzifələrini, borclarını unudaraq aşağıdakı adları övladlarına verirlər: Stəkan, Şüşəbənd, Türmə, Candərd, Kəniz, Kündə, Külək, Məlumat, Meyxoş, Qaçmaz, Bütöv, Rəzil, Şikayət".
S. Sadıqova Azərbaycan və xarici vətəndaşların nikahından doğulan uşaqlara həm Azərbaycan, həm də digər dillərdə - ikili adlar qoymaq istəyi ilə bağlı komissiyaya müraciətlər məsələsinə də toxunub:
"İkili adların qoyulması ilə bağlı qeydiyyat idarələrinə müraciət olunur. Azərbaycan dilinin orfoqrafik qaydalarına uyğun olaraq iki şəxs adının birləşməsindən əmələ gəlmiş adlar bitişik yazılır: Balahüsən, Məhəmmədəli, Əbdüləziz, Əliheydər, Həsənəli, Cəfərqulu, Qulamhüseyn, Nurzaman, Nəsibəli, Rzapaşa, İbrahimxəlil, Rzasəməd, Əbdüllətif və s".
Telegram kanalımız