Xəbər verdiyimiz kimi, “Səbail”in yarımmüdafiəçisi Rüfət Abdullazadə karyerasını Xorvatiyada davam etdirəcək. 24 yaşlı hücumçu “Varajdin” klubunda forma geyinəcək. HNL təmsilçisi Rüfətlə 3 illik müqavilə imzalayıb.
Fanat.Az Abdullazadənin Xorvatiya klubuna keçidi ilə təfərrüatları öyrənib.
Əldə etdiyimiz məlumata görə, hələ qışda "Ərzurumspor"un Rüfətlə bağlı təklifini geri çevirən "Səbail" bu transferdən 60 min manat qazanıb. Məsələ burasındadır ki, həmin məbləği Xorvatiya tərəfi yox, futbolçu özü klub rəhbərliyinə verərək "Varajdin"ə azad agent kimi yollanıb.
Qeyd edək ki, Abdullazadə “Sumqayıt” yetirməsidir. O, 2023-cü ildə “Səbail”ə keçib və anlaşması gələn yay başa çatacaqdı.
Mirağa