EN

Azərbaycanın dövlət borcu açıqlandı

2025-ci il 01 iyul tarixinə Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 695,6 milyon manat təşkil edib.

Maliyyə Nazirliyindən Publika.az-a verilən məlumata əsasən dövlət borcu 2025-ci il üzrə 130 milyard 662,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 19,6 faizini təşkil edib.

Ümumi dövlət borcunun 8.518,2 milyon manatı (5.010,7 milyon ABŞ dolları) və ya 33,2 faiz xarici dövlət borcunun, 17.177,4 milyon manatıvə ya 66,8 faizi daxili dövlət borcunun payına düşür.

Chosen
70
26
publika.az

10Sources