EN

Tramp Aİ-yə ABŞ-dən 1 trilyon dollar dəyərində enerji resursları almağı təklif edib

ABŞ Prezidenti Donald Tramp Avropa mallarına tətbiq etdiyi 30 faizlik gömrük rüsumlarının azaldılması müqabilində Avropa İttifaqına (Aİ) Birləşmiş Ştatlardan 1 trilyon dollar dəyərində enerji daşıyıcıları almağı təklif edib.

“Report” xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri Ağ Evin nümayəndəsinə istinadən yayıb.

"Əvvəlcə rəqəmlər kifayət qədər real idi, sonra prezident dedi: "Məncə, siz mənim prezidentlik müddətim ərzində 1 trilyon dollar dəyərində enerji resursları almalısınız". Nəticədə onlar 750 milyard dollarlıq məbləğin üzərində dayandılar, hərçənd bu məbləğ də sizə olduqca çox görünə bilər", - mənbə bildirib.

Eyni zamanda, nəşrin yazdığına görə, Aİ üç il ərzində ABŞ-dən 750 milyard dollar dəyərində enerji daşıyıcıları almaq öhdəliyinə görə tənqidləri yumşaltmağa çalışır, çünki hətta bu azaldılmış məbləğ belə bazar analitiklərinin və "yaşıl" gündəmin tərəfdarlarının narahatlığına səbəb olub.

Chosen
12
report.az

1Sources