
Böyük Britaniyanın Uels bölgəsində yeni arxiyepiskop seçilib. Bu vəzifəyə Monmut yepiskopu Çerri Vann gətirilib. Bu, tarixdə ilk dəfədir ki, bu rütbəni bir qadın qəbul edir.66 yaşlı Vann çərşənbə günü, ruhani şəxslər və dindar şəxslərdən ibarət seçki kollegiyasının iki günlük müzakirələrindən sonra Çepstou yaxınlığındakı Müqəddəs Pyotr kilsəsində seçilib.Qeyd olunur ki, Çerri Vann ümumilikdə Anglikan kilsəsində keşiş kimi xidmət etməyə icazə verilən ilk qadın olub.Ulusum.az
Diqqət Çəkənlər
İran ABŞ-dan haqq-hesab soruşur: Zərərin əvəzini ödəyin
Azərbaycanlı idmançı faciəvi şəkildə həyatını itirdi
Moskva yaxınlığında yanğın kabusu - Beşmərtəbəli binada bir nəfər həyatını itirdi