EN

Zehni dözümlülük nədir? - Stresslə mübarizənin sirri

Qətiyyətlə hərəkət etmək, çətinliklərə qarşı mübarizə aparmaq və hədəflərə çatmaqda israrlı olmaq zehni dözümlülüklə bağlıdır.


Pravda.az bildirir ki, zehni dözümlülük motivasiyanı artırır, stressi idarə etməyə və performansı yüksəltməyə kömək edir.


Zehni dözümlülük nədir?


Zehni dözümlülük, çətinliklərə qarşı müqavimət göstərə bilmək və bu vəziyyətlərlə başa çıxmaq bacarığıdır. Bu anlayış təkcə təzyiqə tab gətirməyi deyil, eyni zamanda neqativ düşüncələri idarə etməyi və həll yönümlü yanaşmalar formalaşdırmağı da əhatə edir. Zehni dözümlülük təzyiq altında diqqəti toplamağa və çətinliklərə qarşı güclü olmağa kömək edir.
 

Məsələn, bir idmançı üçün təzyiq altında belə qətiyyətlə hərəkət etmək və özünə inamı qoruyaraq sabit performans göstərmək uğura aparan yol ola bilər. Çünki zehni möhkəmlik xarici təsirlərə və stressə baxmayaraq hədəfə çatmaq üçün əzm göstərməyə imkan yaradır. Zehni gücünüzü yüksək səviyyədə saxladığınız müddətcə istər olimpiadada, istərsə də çətin bir müştəri görüşündə uğur qazanmaq şansınız artır.


Zehni dözümlülük necə inkişaf etdirilir?
 

Zehni dözümlülüyü artırmaq üçün gündəlik həyatınızda bəzi vərdişlər və strategiyalar tətbiq edə bilərsiniz. Bunlara aşağıdakılar daxildir:


Problemləri görməməzlikdən gəlmək əvəzinə, həll yolları axtarın. Müsbət düşüncələri təkrarlayaraq stress anlarında sakitləşmək və özünə inamı qorumaq mümkündür.


Konfor zonasından çıxmaq və yeni bacarıqlar qazanmaq özgüvəni gücləndirir.


Nəzarət edə bilmədiyiniz halları qəbul etmək daxili rahatlığı artırır. Fərqindəlik və meditasiya bu prosesdə kömək edə bilər.


Çətinlikləri mənfi kimi deyil, reallıq kimi qəbul etmək daha tez və düzgün qərarlar verməyə şərait yaradır.


Keçmiş təcrübələrdən öyrənmək gələcəkdəki çətinlikləri daha asan aşmağa kömək edir.


Özünüzə ilhamverici rol modellər seçə bilərsiniz. Çətinliklərin öhdəsindən gəlmiş insanlar sizə motivasiya verə bilər.


Başqalarına yardım etmək həm əhval-ruhiyyəni, həm də həyata baxış bucağını müsbət istiqamətdə dəyişə bilər.


Unutmayın ki, zehni və fiziki dözümlülük bir-biri ilə sıx bağlıdır. Ona görə də müntəzəm fiziki fəaliyyət zehni gücünüzü dəstəkləyən əsas amillərdən biridir.


Əminə Bayramova 

Tarix: 1 Avqust 2025, 11:29   
Chosen
13
2
pravda.az

3Sources