EN

Polşa Rusiya ilə mümkün müharibəyə hazırlaşır

Polşa

Polşa xüsusi təyinatlıları Amerikanın ultura ucuz “HavocAI” dəniz dronlarını gizli şəkildə sınaqdan keçirir. Eyni zamanda, onlar Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU), Hərbi Kəşfiyat İdarəsinin (GUR) və onlarla silahlanmış digər Ukrayna bölmələrinin dəniz dronlarının taktikasını təkrarlamağa çalışırlar.

Reyting.az
xəbər verir ki, bu barədə “Army Recognition” yazıb.

Qeyd olunur ki, Polşa xüsusi təyinatlıları gecə naviqasiyası, kəşfiyyat məlumatlarının toplanması və infiltrasiya ssenarilərinin imitasiya elementlərindən istifadə etməklə öz təlim və sınaqlarını simulyasiya edirlər. Beləliklə, Polşa Baltik dənizində Rusiya ilə mümkün müharibəyə hazırlaşır.

“Defense Express”-də qeyd edildiyi kimi, “HavocAI” şirkəti cəmi 18 ay əvvəl yaradılıb. Lakin o, artıq öz dəniz dronlarını kütləvi istehsal və dizayn edir. Üstəlik, bu cür dronların maya dəyərinin azaldılmasına diqqət yetirilir.

Şirkət artıq təxminən 136 kq faydalı yük daşıya bilən “Rampage Gen 1” və Gen 2 dəniz dronlarını təqdim edib. Onlar, həmçinin günəş panelləri ilə təchiz olunublar ki, bu da dronun uçuş məsafəsini artırmaq üçün nəzərdə tutulub. Dronları idarə etmək üçün Starlink peyk rabitə antenasından istifadə olunur.

Bundan əlavə, şirkət bu dronları böyük dəstələr şəklində təşkil etmək qabiliyyətini vurğulayır - dünyanın istənilən yerindən bir operator eyni anda bir neçə onlarla “Rampage” pilotsuz təyyarəsini idarə edə bilər.

Eyni zamanda, şirkət əvvəllər qeyd etmişdi ki, bir dronun qiyməti indi cəmi 100 min dollardır: “Bu, həqiqətən də bu cür dron üçün çox da baha deyil”.

Bundan əvvəl Polşanın baş naziri Donald Tusk qeyd edib ki, Rusiya 2027-ci ildə Avropa ilə “qarşıdurmaya” hazır olacaq, ona görə də Polşa hazırda belə bir ssenariyə fəal şəkildə hazırlaşır.

Polşa baş nazirinin sözlərinə görə, o, təhlükəsizlik məsələlərinə, o cümlədən Polşada “daxili siyasi sabitliyə” yönəlmiş müəyyən qərarlar qəbul edəcək.

E. KAMAL
Chosen
31
reyting.az

1Sources