Azərbaycanda bu il uşaqlara ən çox qoyulan adlar məlum olub.
Operativ Media bu barədə İqtisadiyyat.az-a istinadən xəbər verir.
Statistika cari ilin yanvar ayından avqustun 1-dək olan dövrü əhatə edir.
Belə ki, bu müddət ərzində oğlanlar arasında ən populyar ad Uğur, qızlar arasında ən populyar ad isə Zəhra olub
Beləliklə, bu il oğlan və qız uşaqlarına ən çox qoyulan adların ilk onluğunu təqdim edirik:
Oğlan adları:
- Uğur – 802
- Hüseyn – 534
- Raul – 521
- Əli – 517
- Yusif – 516
- Ömər – 388
- Miran – 335
- Ayxan – 318
- Murad – 298
- Tunar – 295
Qız adları:
- Zəhra – 533
- Melisa – 515
- Məryəm – 510
- Zeynəb – 508
- Nilay – 484
- Ayla – 462
- Aylin – 458
- İnci – 427
- Alisa – 376
- Miray – 335