Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, Albaniya təmsilçisi Minsk "Dinamo"su ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.
"Eqnatiya" bir həftə əvvəl də sözügedən komanda üzərində qələbə qazanmışdı - 2:0. Beləliklə, Zamiqin komandası Konfrans Liqasında 3-cü mərhələyə yüksəlib.
Zamiq də bu matçda iştirak edib. 24 yaşlı müdafiəçi meydana start heyətdə çıxıb və 86-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Eqnatiya" növbəti mərhələdə "Olimpiya" (Sloveniya) ilə üz-üzə gələcək.