EN

Orxan Fikrətoğlu: Arif Babayevin xatirəsi əbədi yaşayacaq

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

"Arif Babayev bizim üçün çox əziz insan idi".

Bu fikirləri Oxu.Az-a açıqlamasında mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu Xalq artisti Arif Babayevlə keçirilən vida mərasimi zamanı deyib:

"Mədəniyyət Nazirliyinin təmsilçiləri, nazir müavini və müşavirlər buradadırlar. Arif Babayev bizim üçün çox əziz insan idi. Düşünürəm ki, onun gənclərə ötürdüyü muğam sənətinin incəlikləri yaşandıqca Arif Babayevi xatırlayacağıq.

Belə insanlar bir dövrü və epoxanı təmsil edirlər. Arif Babayev bizim əvəzolunmaz "Məcnun"lardan biri idi. O, muğam sənətinə ikinci nəfəs verən şəxslərdən biri olub. Arif Babayev Qarabağ məktəbinin görkəmli nümayəndəsi idi. Onun xatirəsi əbədi yaşayacaq. Biz vida mərasimində Mədəniyyət Nazirliyi olaraq ona borcumuzu ödəyərək sənəti qarşısında baş əyirik".

Qeyd edək ki, 87 yaşlı Xalq artisti Arif Babayev bu gün ürək çatışmazlığından dünyasını dəyişib.

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
oxu.az

1Sources