EN

Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi: Yeni sənədli film hazırlanır

Qarabağ

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film layihəsinin icrasına başlayıb.Layihənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərini, eləcə də bu torpaqlara “Böyük Qayıdış”ı əks etdirən sənədli film istehsal etməkdir.Filmdə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, onun nəticəsində başlanan genişmiqyaslı yenidənqurma işləri və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı yaradıcı şəkildə təqdim olunacaq.Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi orta qrant müsabiqəsinin qalibi olub. (azərtac)Ulusum.az

Diqqət Çəkənlər

İran ABŞ-dan haqq-hesab soruşur: Zərərin əvəzini ödəyin

Azərbaycanlı idmançı faciəvi şəkildə həyatını itirdi

Moskva yaxınlığında yanğın kabusu - Beşmərtəbəli binada bir nəfər həyatını itirdi

Chosen
42
2
ulusum.az

10Sources