EN

Paytaxtı sel basıb: qocalar evindəki insanları təxliyə etmək mümkün olmayıb

Paytaxtı

Çinin şimalını vuran leysan yağışlar və daşqınlar azı 60 nəfərin həyatına son qoyub. Onların yarıdan çoxu Pekinin ətrafında yerləşən qocalar evində dünyasını dəyişib.

Reyting.az
xəbər verir ki, Çinin paytaxtı son illərin ən ölümcül daşqınları ilə üzləşib.

Son bir həftə ərzində Pekində ən azı 44 nəfərin öldüyü bildirilir. Paytaxtda və qonşu Hebey əyalətində 30-dan çox insan itkin düşüb.

Şiddətli yağışlar bir həftə əvvəl başlayıb və bazar ertəsi pik həddə çatıb. Pekinin bir rayonuna 573,5 mm-ə qədər yağış yağıb ki, bu da təxminən 600 mm-lik orta illik yağıntı qədərdir.

“Reuters” agentliyinin məlumatına görə, Pekinin ətrafında yerləşən qocalar evində 31 nəfər ölüb. Bazar ertəsi səhər tezdən zəng gəlib ki, insanlar binada sıxışıblar, lakin küçələri basan şiddətli su axınları xilasedicilərə mane olub.

“Qocalar evinin yerləşdiyi şəhər mərkəzi çoxdan təhlükəsiz hesab olunurdu və evakuasiya planına daxil edilməyib. Bu, bizim fövqəladə hallara cavab planımızın çatışmazlıqlarını və ekstremal hava şəraitinin miqyasının zəif başa düşülməsini göstərir”, - yerli hakimiyyət orqanları bildirir.

Fəlakət zamanı müəssisədə 69 qoca var idi ki, onlardan 55-i bir növ funksional məhdudiyyətə malik idi. Ümumilikdə Pekində 300 mindən çox insan yağış və daşqınlardan zərər çəkib. 24 mindən çox ev, 242 körpü və 756 km yol zədələnib.

Meteoroloqlar leysan yağışlar və isti dalğaları kimi ekstremal hava hadisələrinin artmasını iqlim dəyişikliyi ilə əlaqələndirirlər.

Xatırladaq ki, 2023-cü ilin yayında Pekində leysan yağışları nəticəsində 33 nəfər ölüb. On il əvvəl, 2012-ci ilin iyulunda şəhər öz tarixində ən ölümcül daşqınını yaşayıb və nəticədə 79 nəfər ölüb.

V. QULİYEV
Chosen
29
1
reyting.az

2Sources