EN

4SİM və “Mastercard” arasında əməkdaşlıq imkanları müzakirə edilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov və “Mastercard” şirkətinin Şərqi Avropa üzrə vitse-prezidenti Engin Yaşar arasında görüş keçirilib.

Mərkəzin məlumatına görə, görüşdə 4SİM-in fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verilib, tərəflər arasında əməkdaşlıq potensialına dair fikir mübadiləsi aparılıb.

Müzakirələrdə “Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində əməkdaşlıq, “Sənaye 4.0 Mərkəzi”ndə “Mastercard” şirkətinin dəstəyi ilə xüsusi bölmənin yaradılması və birgə maarifləndirici tədbirlərin təşkili kimi məsələlər diqqət mərkəzində olub.

Tərəflər gələcək əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını müzakirə edib və müvafiq işçi qrupların yaradılması barədə razılığa gəliblər.

Chosen
16
1
vergiler.az

2Sources