EN

Svetoforun yaşıl işığında 15 saniyə yatan sürücülər VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Sükan arxasında mobil telefonla məşğul olan və diqqəti yoldan yayınan sürücülər, adətən, hərəkətin ləngiməsinə və süni tıxacların yaranmasına səbəb olurlar. Avtosfer.az xəbər verir ki, bəzən svetoforun yaşıl işığı yansa da, sürücülər hərəkət etmirlər. Belə hallardan ikisi avtomobildəki kameraya düşüb.

Birinci hadisə paytaxtın Teymur Elçin küçəsində qeydə alınıb. Svetoforun yaşıl işığı yansa da, "Porsche" markalı avtomobilin sürücüsü yoluna davam etmir. Onun arxasında dayanan sürücülər də məcburən gözləməli olurlar. Sürücü yaşıl işıq yandıqdan 7 saniyə sonra hərəkətə başlayır.

İkinci görüntü isə Şəfayət Mehdiyev küçəsində qeydə alınıb. Burada bir xanım sürücü yaşıl işığın yanmasına baxmayaraq 15 saniyə sonra yerindən tərpənir.

Bu görüntülər sıxlıq saatlarında qeydə alınmasa da, belə davranışlar tıxac olan küçələrdə ciddi problemlərə yol açır. Bir çox sürücü bu cür gecikmələri ciddiyə almır. Lakin qeyd edək ki, hətta 2-3 saniyəlik ləngimə belə hərəkətin ritmini poza, tıxacın artmasına və xaotik vəziyyətin yaranmasına səbəb ola bilər. Paytaxtda elə svetoforlar var ki, yaşıl işıq cəmi 10-15 saniyə yanır. Bu müddətdə sürücünün diqqətinin yayınması və hərəkətə başlamaması tıxacın yaranmasını qaçılmaz edir.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
avtosfer.az

1Sources