EN

Boksçumuz “Brandenburq kuboku”nun yarımfinalında

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında “Brandenburq kuboku” davam edir.

İdman.biz xəbər verir ki, yarışda artıq yarımfinalçıların adlarına aydınlıq gəlib.

Millimizin boksçusu Sübhan Babayev (60 kq) Simonas Puniskisin (Litva) ardınca 1/4 finalda almaniyalı Nur Zakaryeni də məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Yarımfinala yüksəlməklə özü üçün bürünc medalı təmin edən Babayev bu mərhələdə Mattia Turrinlə (İtaliya) qarşılaşacaq.

Qeyd edək ki, yarışa avqustun 2-də yekun vurulacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
7
icma.az

10Sources