EN

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar

Bakı. Trend:

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Arifİmran oğlu Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar.

Trend xəbər verir ki, nekroloqun mətnində deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğamsənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Heydər ƏliyevMükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərditəqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru Arifİmran oğlu Babayev 2025-ci il avqustun 1-də ömrünün 88-ci ilindəvəfat etmişdir.

Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonununSarıhacılı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonrao, 1962-1968-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutundaali təhsil almışdır.

Əmək fəaliyyətinə hələ tələbə ikən – 1966-cı ildə AzərbaycanDövlət Opera və Balet Teatrında solist olaraq başlayan Arif Babayev1981-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllimişləmiş, 1984-2000-ci illərdə indiki Bakı Musiqi Akademiyasındamuğam ixtisası üzrə dərs demiş, 2002-ci ildən ömrünün sonunadəkAzərbaycan Milli Konservatoriyasında professor və kafedra müdirivəzifələrində çalışmışdır.

Qarabağ xanəndəlik məktəbinin parlaq simalarından olan ArifBabayev Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələrvermişdir. O, sələflərinin sənət ənənələrini yaradıcılıqla davametdirərək, özünəməxsus ifaçılıq dəst-xəti formalaşdırmış və bütünfəaliyyəti ərzində muğamın klassik ifa tərzinin qorunubsaxlanmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Məlahətli vəzəngin çalarlı səs tembrinə malik sənətkar milli muğam sənətininvokal formasına yeni nəfəs gətirməklə dinləyicilərin məhəbbətiniqazanmışdır.

Arif Babayevin yüksək məharətlə ifa etdiyi “Qarabağ şikəstəsi”,“Segah”, “Çahargah”, “Rast”, “Şur”, “Bayatı-Şiraz” və digərmuğamlar milli muğam sənətinin qızıl fonduna daxil olaraqAzərbaycanın musiqi sərvətləri xəzinəsini daha dazənginləşdirmişdir. Xanəndənin xüsusi zövq və ustalıqla oxuduğutəsniflər və xalq mahnıları Azərbaycanın musiqi mədəniyyətiinciləri sırasında layiqli yer tutur. Arif Babayev uzun illər muğamoperalarında əsas partiyaların ifaçısı kimi canlandırdığıyaddaqalan obrazlarla musiqi salnaməmizdə dərin iz qoymuşdur. Onundahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərindəyaratdığı Məcnun obrazı opera tariximizdəki ən unudulmazifalardandır.

Arif Babayev dünyanın müxtəlif ölkələrinə qastrol səfərlərizamanı Azərbaycan mədəniyyəti günlərində və beynəlxalq musiqifestivallarında milli mədəniyyətimizi uğurla təmsil etmiş,çıxışları ilə musiqimizi müxtəlif xalqların nümayəndələrinəsevdirməyi bacarmışdır. Uzun müddət pedaqoji fəaliyyət göstərənustad xanəndə keçdiyi həyat və sənət yolu ilə örnək olmuş,ifaçıların bir neçə nəslinin mənsub olduğu böyük məktəbyaratmışdır. Muğamla bağlı gerçəkləşdirilən layihə və proqramlardayaxından iştirakı Arif Babayevin ölkədə muğam ifaçılığıənənələrinin yaşadılması istiqamətində apardığı səmərəli işlərləvəhdət təşkil edirdi.

Arif Babayev milli musiqi mədəniyyətinin inkişafı sahəsindəqazandığı mühüm nailiyyətlərinə görə 1998-ci ildə AzərbaycanRespublikasının ali mükafatlarından olan “Şöhrət”, 2008-ci ildə“İstiqlal” və 2018-ci ildə “Şərəf” ordenləri, 2023-cü ildə“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 2025-ciildə Heydər Əliyev Mükafatı ilə təltif edilmişdir.

Görkəmli xanəndə, mahir pedaqoq və səmimi insan Arif İmran oğluBabayevin xatirəsi sənətsevərlərin qəlbində həmişəyaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Emin Əmrullayev

Polad Bülbüloğlu

Zeynəb Xanlarova

Alim Qasımov

Səkinə İsmayılova

Mənsum İbrahimov".

Chosen
15
49
az.trend.az

3Sources