EN

Orxan Qırğızıstanda növbəti qolunu vurdu

Orxan Əliyev yeni klubu “Uzgen”də növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, onun komandası Qırğızıstan çempionatının 15-ci turunda “Talant”la qarşılaşıb və qalib gəlib - 2:0.

Orxan bu görüşdə iştirak edib. 29 yaşlı hücumçu start heyətində meydana çıxıb və sonadək oynayıb. O, komandasının ilk qolunu da vurub.

Qeyd edək ki, iyulda "Uzgen"də keçən Orxan ötən tur komandada rəsmi debüt edib və qol vurub.

Chosen
24
2
football-plus.az

4Sources