BAKI, 1 avqust. TELEQRAF
Almaniya ABŞ ilə yeni "Patriot" hava hücumundan müdafiə sistemlərinin alınması barədə razılıq əldə edib.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, bu razılaşma Berlinə iki "Patriot" kompleksini Ukraynaya verməyə imkan yaradacaq.