EN

İran XİN 14 ölkənin ittihamını təkzib etdi

Rəsmi Tehran 14 Qərb ölkəsinin İran kəşfiyyat xidmətlərinin xaricdəki siyasi rəqibləri təqib etməsi ilə bağlı ittihamlarını rədd edir.

Yenisabah.az təsnim-ə istinadla xəbər verir ki, İran XİN-in bəyanatında bu barədə deyilir:

"Bu ittihamlar əsassız və absurddur. İran əleyhinə bəyanatı imzalayan ABŞ, Fransa və digər ölkələr təhlükəli cinayətkar ünsürlərin və qrupların himayədarları kimi beynəlxalq hüququn pozulmasına görə özləri məsuliyyət daşımalıdırlar". pizza hut

Nazirliyinin sözçüsü İsmayıl Bəqainin sözlərinə görə, Qərb ölkələrinin bəyanatı “günahkarı başqa yerdə axtarmaq və ictimaiyyətin diqqətini günün ən mühüm mövzusundan – İsrailin Qəzza zolağındakı hərəkətlərindən yayındırmaq cəhdindən başqa bir şey deyil.

Xatırladaq ki, 14 ölkə, o cümlədən ABŞ, Kanada, Böyük Britaniya, Albaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Finlandiya, Fransa, Almaniya, Hollandiya, İspaniya və İsveçdən ibarət qrup birgə bəyanat yayaraq, İranın xüsusi xidmət orqanlarının öz ərazilərində "dövlət təhdidlərinin artan miqyasını" pisləyib.

Kommunikedə ölkələr İranın Avropa və Şimali Amerikada jurnalistlərə, müxaliflərə, yəhudi icmalarına və rəsmilərə qarşı əməliyyatlarda iştirakı ilə bağlı dərin narahatlıqlarını ifadə edib. Bəyanat müəlliflərinin fikrincə, xüsusi xidmət orqanları insanları qaçırmağa, aradan qaldırmağa və ya qorxutmağa çalışır. "Bu, qəbuledilməzdir. Biz hədəf seçimindən asılı olmayaraq, bu cür hücumları suverenliyimizin pozulması hesab edirik", - sənəddə deyilir.


Telegram kanalımız
Chosen
21
1
yenisabah.az

2Sources