EN

Adil Kərimli: Aldığımız xəbər hamımızı kədərləndirdi

BAKI, 1 avqust. TELEQRAF

"Bu gün səhər saatlarında aldığımız xəbər hamımızı kədərləndirdi".

Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Adil Kərimli Xalq artisti Arif Babayev haqqında danışarkən deyib.

"Bildiyiniz kimi, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın nəzarəti ilə Arif Babayev müalicə olunurdu. Tale elə gətirdi ki, o bu gün bizimlə vidalaşdı.Uzun müddətdir müalicə alan, həyatını sənətə və mədəniyyətə həsr etmiş, fəaliyyəti ilə təkcə Azərbaycanda deyil, dünya azərbaycanlılarının da sevgisini qazanan nadir sənətkarlardan biri vəfat etdi.
O, hər birimizin yaddaşında iz qoymuş, qəlbimizdə isə əbədi yaşayacaq. Bu itki ilə bağlı cənab Prezident İlham Əliyev nekroloq imzalayıb, xarici ölkələrdən də başsağlığı mesajları alırıq. Bu isə onu göstərir ki, mərhum sənətkar yalnız Azərbaycanın deyil, bütün dünyanın muğam sevərlərinin qəlbində yaşayır və yaşayacaqdır.Hörmətli sənətkarımızın Azərbaycan mədəniyyətindəki yeri əvəzolunmazdır. Onun xatirəsi hər zaman əziz tutulacaq".

Chosen
4
teleqraf.com

1Sources