EN

Bakıda ət satışı ilə məşğul olanlara qarşı dələduzluq edilib

Bakıda
Bakının Nizami rayonu ərazisində ət kəsimi məntəqəsinin sahibi olan iki nəfər dələduzluqla üzləşib. 1news.az-ın məlumatına görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən zərərçəkənlər naməlum şəxsin onları restoranlara ət satmaq adı ilə aldatdığını və ümumi çəkisi 100 kiloqramdan artıq dana və quzu ətini onlardan alaraq pullarını vermədiyini bildirib. Şikayət edənlər həmin şəxsin onlara 4 min manata yaxin maddi ziyan vurduğunu bildiriblər.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 32 yaşlı Fərid Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun paytaxtın digər rayonlarında da bu üsulla 20-ə yaxın ət kəsimi ilə məşğul olan şəxslərə qarşı dələduzluq etdiyi məlum olub. F.Hüseynovun əməllərindən zərərçəkən şəxslər varsa bu barədə polis orqanlarına müraciət edə bilərlər.

Araşdırmalar davam etdirilir.

Chosen
36
14
1news.az

10Sources