EN

Kamçatkada bir saatda doqquz zəlzələ baş verib

Elmlər Akademiyası Geofiziki Tədqiqatlar Federal Tədqiqat Mərkəzinin Kamçatka bölməsinin məlumatına görə, Moskva vaxtı ilə saat 10:03-də Petropavlovsk-Kamçatskidən 336 km məsafədə və 22,4 km dərinlikdə 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Doğru.az xəbər verir ki, bundan dərhal sonra 5,3 və 5,0 bal gücündə daha iki yeraltı təkan baş verib və cəmi bir saat ərzində bölgədə azı doqquz zəlzələ müşahidə olunub.

Bundan əvvəl seysmoloqlar Kamçatkada baş verən zəlzələni Yaponiyanın Fukusima şəhərindəki yeraltı təkanlarla müqayisə ediblər. Kamçatka qubernatoru Vladimir Solodov isə baş verən zəlzələni bölgənin bütün instrumental dövr ərzində qeydə alınan ən güclü təkan kimi dəyərləndirib.

DOĞRU.AZ

Chosen
40
dogru.az

1Sources