EN

"Araz-Naxçıvan" - "Omoniya" oyununu çexiyalı hakimlər idarə edəcəklər

Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu çexiyalı hakimlər idarə edəcəklər. SİA-nın məlumatına görə, görüşün baş hakimi FIFA referisi Ondrey Berka olacaq.

Ona İvo Nadvornik və Yan Vanya kömək göstərəcək. Dördüncü hakim funksiyasını Ondrey Peçaneç yerinə yetirəcək.

VAR-da Tomas Koçurek, AVAR-da Miroslav Zelinka əyləşəcək.

Qeyd edək ki, qarşılaşma avqustun 7-də "Dalğa Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada keçiriləcək.

Chosen
57
1
sia.az

2Sources