Orban: Aİ ABŞ ilə əlverişsiz və qeyri-qanuni razılaşma əldə edib
Macarıstanın baş naziri Viktor Orban Kossuth radiosunda deyib ki, Avropa İttifaqı ABŞ ilə nəinki əlverişsiz, həm də qeyri-qanuni müqavilə bağlayıb.
Orban: Aİ ABŞ ilə əlverişsiz və qeyri-qanuni razılaşma əldə edib
Gettyimages.ru
Onun sözlərinə görə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ prezidenti Donald Tramp arasında sazişlər təkcə idxal rüsumlarını deyil, həm də Ukraynaya silah tədarükü, ABŞ-dan 750 milyard dollar dəyərində enerji resurslarının alınması, Vaşinqton iqtisadiyyatına 600 milyard dollar investisiya yatırılıb.
"Əgər mən düzgün başa düşsəm, ukraynalılara Amerika silahları veriləcək, bunun əvəzini avropalılar ödəyəcəklər. Bu barədə məndən heç kim soruşmayıb və bu məsələdə Avropanın heç bir qərarı yoxdur", - TASS Orbanın sözlərindən sitat gətirir.
Baş nazir hesab edir ki, söhbət təkcə Aİ üçün əlverişsiz olan razılaşmadan getmir - Avropa Komissiyası ABŞ qarşısında Aİ ölkələrinin yerinə yetirə bilməyəcəyi öhdəliklər götürüb.
Bundan əvvəl Milli Ralli partiyasının parlament fraksiyasının lideri Marin Le Pen Aİ-ABŞ ticarət razılaşmasını Avropa üçün üçqat fiasko adlandırmışdı.