EN

Konfrans Liqası: Azərbaycan klublarının cavab oyunlarının hakimləri bəlli olub

Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki cavab oyunlarına təyinatlar bəlli olub.

"Report"un məlumatına görə, "Sabah"ın Bakıda Bolqarıstanın "Levski" (Sofiya) komandasına qarşı keçirəcəyi matçı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Mukola Balakinə Oleksandr Berkut və Viktor Matyaş köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək. VAR-da Oleksii Derevinskyi, AVAR-da Klym Zabroda əyləşəcək.

"Araz-Naxçıvan"ın Kiprdə "Omoniya"ya qarşı keçirəcəyi görüşdə isə Danimarkadan olan ədalət sahibləri söz sahibi olacaqlar. Baş hakim Yakob Kehletə, Lars Hummelgaard və Martin Markus yardımçı olacaq. Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək. VAR-da Sandi Putros, AVAR-da Morten Krogh əyləşəcək.

Qeyd edək ki, "Sabah" - "Levski" matçı saat 20:00-da, "Omoniya" - "Araz-Naxçıvan" qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Chosen
44
6
report.az

7Sources