EN

Minatəmizləmə zamanı aşkarlanan təhlükəli maddələr FHN-ə təhvil veriləcək

Minatəmizləmə fəaliyyəti zamanı aşkar edilmiş təhlükəli maddələr, səlahiyyətli qurum sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumatlandırılmaqla, icraçı tərəfindən akt əsasında dərhal Fövqəladə Hallar Nazirliyinə təhvil verilməlidir.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla "Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə" Fərmana edilən dəyişiklikdə əksini tapıb.
Chosen
25
10
moderator.az

10Sources