EN

ABŞ-də fırtına və güclü yağış - Metro stansiyalarını su basdı

ABŞ-nin şərq sahilində güclü fırtına və leysan yağışları səbəbindən Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, metro stansiyaları su altında qalıb. Nyuark, LaQuardia və Con Kennedi hava limanlarında yüzlərlə reys ya təxirə salınıb, ya da ləğv edilib.

Nyu-York merininin verdiyi məlumata görə, şəhərin sakinlərinə zirzəmidən daha yüksək yerlərə çəkilmələri ilə bağlı xəbərdarlıq edilib. Bu hadisə nəticəsində, Merilend ştatının Carroll County bölgəsində bir uşaq sel sularına qapılaraq həyatını itirib. Hadisə yerinə gələn 50 nəfərlik xilasetmə heyəti uşağı xilas etmək üçün 1 saatlıq əməliyyat həyata keçirib, lakin təəssüf ki, uşaq həyatını itirib.

Nyu-York meri Erik Adams, bu fırtına və daşqının şəhərə ciddi ziyan vurduğunu və yerli vaxtla səhər saat 8-ə qədər fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb.

Chosen
10
manset.az

1Sources