Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xalq artisti Fəxrəddin Manafovu "Şöhrət" ordeni ilə təltif edib.
Bakıvaxtı.az xəbər verir ki, Xalq artisti təəssüratlarını AZXEBER.COM ilə bölüşüb:
"Xəbəri sizdən eşidirəm. Sabah mənim 70 yaşım tamam olur. Mən elə 70 ildir ki, bu anın arzusundayam. Bu şad xəbəri də ilk sizdən eşitdim. İnanın ki, nə baş verdiyini hələ də anlaya bilmirəm".