EN

ANAMA aylıq məlumatı açıqladı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.Metbuat.az xəbər verik ki, məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə iyul ayı ərzində 57 tank əleyhinə, 265 piyada əleyhinə mina, 2007 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. 7 058.9 hektar ərazi isə minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) ilə birgə həyata keçirir.

Chosen
40
2
metbuat.az

3Sources