EN

Xroniki öskürək bununla əlaqəli ola bilər

ain.az, Adelet.az portalına istinadən məlumat yayır.

Xroniki öskürək hər zaman ağciyər xəstəlikləri və ya infeksiyalarla əlaqəli olmaya bilər. Bəzi hallarda problemin əsasında sinir sistemindəki pozğunluqlar dayanır.

Adalet.az xəbər verir ki, bu qənaətə İngiltərənin Lester Universiteti, Danimarkanın Kopenhagen Universiteti və Londonun Kraliça Mariya Universitetinin tədqiqatçıları gəlib.  

Alimlər beş beynəlxalq bioloji məlumat bazasından əldə edilən 30 minə yaxın insanın sağlamlıq məlumatlarını təhlil ediblər. Onlar xroniki öskürəkdən əziyyət çəkən insanlarda müəyyən genetik fərqliliklərin daha çox müşahidə olunduğunu aşkar ediblər. Bu fərqliliklər əsasən sinir hüceyrələrinin - xüsusilə də ağrı və digər həssas siqnalları ötürən neyronların fəaliyyətində dəyişikliklərlə əlaqəlidir.

Tədqiqatçılar izah edirlər ki, davamlı öskürək refleksi mərkəzi və periferik sinir sisteminin həddindən artıq həssaslaşması nəticəsində yarana bilər. Belə hallarda öskürək, əslində, xroniki ağrının bir forması kimi - hətta minimal və ya heç bir qıcıqlandırıcı olmadan da baş verə bilər.

Bu yeni anlayış müalicəyə yanaşmada dönüş nöqtəsi ola bilər. Alimlər bildirirlər ki, simptomları sadəcə aradan qaldırmaq əvəzinə, sinir sisteminə təsir edən preparatların istifadəsi daha səmərəli ola bilər. Bu yanaşma ənənəvi dərmanlarla - məsələn, soyuqdəyməyə qarşı və ya allergiyaya qarşı preparatlarla nəticə əldə etməyən pasiyentlər üçün ümidverici sayılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
5
adalet.az

6Sources