EN

Rusiyalılar Putinə güvənir? – SORĞU

Rusiyalıların 78,4 faizi Putinə güvənir, 74,7 faizi onun işini bəyənir.

Bakues.az “VTsIOM” saytına istinadən xəbər verir ki, sorğuda iştirak edən vətəndaşların demək olar ki, 80%-i Rusiya prezidenti Vladimir Putinə güvəndiyini bildirib.

VTsIOM-Sputnik sorğusu 2025-ci il iyulun 21-dən 27-dək 18 yaşdan yuxarı 1600 rusiyalı arasında telefon müsahibələrindən istifadə etməklə aparılıb.

Sorğunun nəticələrinə görə, respondentlərin 78,4 faizi prezidentə etimad göstərdiyini, 16,8 faizi isə əks fikir bildirib. Putinin prezident kimi fəaliyyəti rusiyalıların 74,7%-i tərəfindən bəyənilib, 15,7%-i isə əks fikirdədir.

Rusiya hökumətinin fəaliyyətini sorğu iştirakçılarının 49,5%-i dəstəkləyib, 20%-i isə əleyhinə olub. Respondentlərin 59,7%-i baş nazir Mixail Mişustinə etimad göstərib, 20,4%-i isə ona etimad göstərməyib.

Asim

Chosen
20
icma.az

1Sources