EN

Azərbaycanın çiyələk ixracından gəlirləri 4 mln. dollardan çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan 27 mln. ABŞ dolları dəyərində çiyələk ixrac edib. Bu, illik müqayisədə 4.5 milyon dollar və ya 20% çoxdur.

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Bildirilib ki, 2024-cü ilin ilk 6 ayında çiyələk ixracının ümumi dəyəri 22.5 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin iyun ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pomidor (tomat) (35.2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (22.7 milyon ABŞ dolları) ikinci, təzə albalı və gilas  (18,8 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
20
1
banco.az

10Sources