“Gələn hər kəsə dərin təşəkkürümü bildirirəm. Atam bu dünyadan xoşbəxt getdi...”
OLAY yazır ki, bu sözləri Xalq artisti Arif Babayevin oğlu Yaşar Babayev xanəndə ilə vida mərasimində çıxış edərkən bildirib.
“Son günlərdə ona göstərilən sevgi, diqqət və qayğı onun üçün çox böyük mənəvi dayaq idi. O, xalqının sevgisini hiss edərək, əhatəsində doğmalarını, dostlarını, tələbələrini görərək bu dünyaya vida etdi”, - deyə Y. Babayev söyləyib.
(Qafqazinfo)