EN

Əkin sahəsinin yandırmaya görə həbslər: “Bu, məhsuldarlığı xeyli artırır”

“Kəndli torpağı yandırmamalıdır”.

Bunu “Yeni Sabah”a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib. 

O, məhsul yığımı bitdikdən sonra əkin sahələrinin yadndırılması halları, bunun ucbatından yanğın sahələrinin genişlənməsi və qəsdən yandırmaya görə həbsləri şərh edib. pizza hut

Xatırladaq ki, son oxşar hal Şəkidə qeydə alınıb və 2 nəfər həbs olunub.

Bu üsul, yəni məhsul yığımından sonra sahənin yandırılması köhnə, zamanla sınanmış olsa da, ekspert qeyd edib ki, qanunvericiliyə əsasən, torpağın yandırılması qadağandır və bu kimi hallara qarşı mütləq hüquqi tədbirlər görülməlidir:

“Kəndli torpağı yandırmamalıdır. Bitki qalıqları yandırıldıqda torpağa ciddi ziyan dəyir. O bitkilərin kökündə məhsulun daha bol və verimli olmasına səbəb olan bir çox faydalı minerallar var. Bu, əkin üçün vacib elementlərdən biridir”.

Vahid Məhərrəmov qeyd edib ki, torpaqda bitki qalığı yandıqda oradakı faydalı mikroorqanizmlər də məhv olur və bu da torpağın keyfiyyətini aşağı salır:

“Onlar məhv olduqda torpaqdakı üzvi maddələrin qeyri-üzvi maddələrlə qarışması prosesi baş vermir. Nəticədə torpaq tədricən canından düşür. Torpağı yandırmaq qətiyyən olmaz”.

Ekspertin fikrincə, bitki qalıqlarını yandırmaq əvəzinə, onları bir yerə toplayıb çürütmək və əkin mövsümündə torpağa gübrə kimi vermək daha səmərəlidir:

“Bu üsul məhsuldarlığı əhəmiyyətli dərəcədə artırır. Hazırda torpağa demək olar ki, heç bir üzvi maddə verilmir, bu da məhsulun keyfiyyətli yetişməsinə mane olur”.

Rəvan Rzazadə


Telegram kanalımız
Chosen
14
2
yenisabah.az

3Sources