EN

Vaqif Sadıqov: "Azlıqda qalmalarına baxmayaraq, psixoloji baxımdan hazırlıqlı komanda izlədik"

"Araz-Naxçıvan"ın ilk oyunda sərgilədiyi oyunla göstərdi ki, cavab matçında uğurlu nəticəyə ümid bəsləmək olar. Dünənki görüşdə azlıqda qalan komanda sonadək oyundan qopmadı".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında AFFA Məşrçilər Komitəsinin rəhbəri Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssis Yunanıstan "Aris"ini mübarizədən kənarlaşdıraraq Konfrans Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan "Araz-Naxçıvan"la bağlı fikirlərini bölüşüb: "Naxçıvan təmsilçisi ilklərə imza atmağa davam edir. Qarşıda "Omoniya" ilə matç var. "Araz Naxçıvan" indiki durumunda növbəti rəqiblə də başa-baş mübarizə apara bilər. "Aris"lə oyunda azlıqda qalmalarına baxmayaraq, psixoloji baxımdan hazırlıqlı komanda izlədik. İndi həmin səviyyəyə çatmışıq ki, Azərbaycan klubları ilə hesablaşırlar. "Omoniya" zəif deyil. Elmar Baxşıyev də Kipr klubunu yaxşı tanıyır. Elmar müəllimin işi göz qabağındadır. İnaniram ki, o, komandası ilə daha böyük uğurlara imza atacaq".

Qeyd edək ki, "Araz-Naxçıvan"ın növbəti mərhələdə rəqibi "Omoniya" (Kipr) olacaq. III təsnifat mərhələsinin ilk oyunları avqustun 7-də, cavab görüşləri isə ayın 14-də baş tutacaq. "Araz-Naxçıvan" ilk görüşünü "doğma divarlar" arasında keçirəcək.

İdman.biz

Chosen
3
1
idman.biz

2Sources