Şimali Koreyanın Vonsan şəhərinə 6 ildən sonra ilk xarici turist qrupu gəlib. Ancaq bu dəfə “tətil” anlayışı yerini sıxı nəzarət və gizli izləməyə verib. Rusiyadan gələn turistlər kumsalda sərbəst gəzə bilməyib, hər addımları izlənilib, danışıqları dinlənilib. Vonsan sahili sanki nəzarət düşərgəsinə çevrilib.
News24.az xəbər verir ki, Rusiya ilə Şimali Koreya arasında artan diplomatik yaxınlıq turizm sahəsinə də təsir göstərib. İki ölkə arasında birbaşa turizm məqsədli uçuşlar yenidən bərpa olunub. İlk turist qrupu isə Şimali Koreya lideri Kim Çen Inın şəxsən açılışını etdiyi Vonsan kurort şəhərinə çatıb. Lakin tətil üçün gələn ruslar real mənzərə ilə təəccübləniblər.
Turistlərə daim “bələdçi” adı altında nəzarətçilər müşayiət edib. Onların sərbəst hərəkət etməsinə və hətta dənizə girməsinə belə icazə verilməyib. 20 min nəfərlik kurortda otellərdə gecələməyə də icazə olmayıb. Rus mətbuatının yazdığına görə, səfər boyunca turistlərin söhbətləri dinlənilib, hərəkətləri izlənilib. Smartfonlar ya girişdə toplanıb, ya da istifadəsi məhdudlaşdırılıb.
Səfər turistlər üçün əyləncəli bir tətil yox, rejimin necə işlədiyinə dair “vitrin nümayişi” və “sistemli izləmə” təcrübəsinə çevrilib. Şimalı Koreya isə bu səfəri özünün siyasi sabitliyini və nəzarət gücünü göstərmək üçün bir fürsətə çevirib.
Rus turistlər sahildə günəşin dadını çıxarmaq əvəzinə kölgədə və nəzarət altında vaxt keçirməli olub. Bu hadisə Şimali Koreyada turizmin nə dərəcədə məhdud və rejimə tabe şəkildə həyata keçirildiyini bir daha ortaya qoyub.
Xeyrənsə Piriyeva