EN

“Microsoft” süni intellektin təhlükə yaratdığı peşələri açıqladı


“Microsoft” korporasiyası generativ süni intellektə qarşı həssas olan 40 peşəni araşdırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Microsoft Research” analitikləri məlumat verib.
Analitiklərin fikrincə, süni intellektin təsirinə ən çox həssas olan peşələr arasında tərcüməçilər, yazıçılar, tarixçilər, müştəri xidməti nümayəndələri, satış işçiləri, telefon operatorları, bilet agentləri, DJ-lər, həmçinin, radio aparıcıları var.
Araşdırma göstərir ki, süni intellektin aktiv tətbiqi məhz bu sahələrdə qeydə alınır.
Müəlliflərin fikrincə, bu, mütəxəssislərin yerdəyişməsinə səbəb olmur, əksinə, insan və texnologiyanın simbiozunun artmasından xəbər verir.
Mütəxəssislər qeyd edirlər ki, süni intellekt yazı, araşdırma və ünsiyyət də daxil olmaqla müxtəlif vəzifələri yerinə yetirir, lakin onun müəyyən əməliyyatlarda insanları əvəz etmək imkanları məhdud olaraq qalır.
Şirkət həmçinin avtomatlaşdırmaya ən az həssas olan peşələrin siyahısını da tərtib edib. Bunlar əsasən fiziki əməklə bağlı peşələrdir: avadanlıq operatorları, tibb işçiləri, masaj terapevtləri və s.-dir.
Chosen
39
2
yeniavaz.com

3Sources