EN

Ağdərənin daha iki kəndinə köç başlayır

Ermənistanın işğalından azad olunan Ağdərə rayonunun daha iki kəndinə köç başlayır.

Publika.az xəbər verir ki, avqustun 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində hər iki yaşayış məntəqəsinə qayıdacaq ailələr arasında püşkatma keçirilib.

Sakinlər yaxın günlərdə rayonun Vəng və Kolatağ kəndlərinə yola salınacaqlar.

Ağdərə işğaldan azad edildikdən sonra rayonda tikinti və yenidənqurma işləri sürətlə davam etdirilir. Vəng və Kolatağ kəndlərində sakinlərin daimi yaşayışı üçün hər cür şərait yaradılıb, evlər, sosial müəssisələr təmir olunub, lazımi infrastruktur quraşdırılıb.

Xatırladaq ki, indiyə qədər Ağdərə rayonunun Suqovuşan qəsəbəsi, Həsənriz, Talış kəndlərinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub.

Chosen
11
4
publika.az

9Sources