İsrailin Avropa İttifaqının "Horizon" tədqiqat proqramına çıxışının məhdudlaşdırılması “pis zarafat"dır.
“İki sahil” xəbər verir ki, bunu Avropa diplomatiyasının keçmiş rəhbəri Josep Borrell EUobserver-ə müsahibəsində deyib.
"Əgər bu, Avropa Komissiyasının İsrailin hərəkətlərinə cavab olaraq verə biləcəyi yeganə reaksiyadırsa, bu, zarafatdır. Pis zarafatdır", - deyə, o, qeyd edib.
Borrell əmindir ki, Aİ Qəzza məsələsi həll olunana qədər İsraillə ticarəti dayandıra bilər - bu, ölkəni ildə təxminən 1 milyard avrodan məhrum edəcək.