Ümumdünya Meteorologiya Təşkilatı (WMO) 829 km uzunluğunda ildırım çaxmasına görə yeni dünya rekordu qeydə alıb.
WMO-nun məlumatına görə, 2017-ci ilin oktyabrında ABŞ-də əvvəllər heç bir hesabatda yer almayan şiddətli fırtına zamanı ildırım çaxması qeydə alınıb. Məlumatların yenidən təhlilindən sonra müəyyən edilib ki, bu, dünyada indiyə qədər qeydə alınan ən uzun ildırımdır.
İldırımın 829 km uzunluğunda olduğu bildirilir. O, Texasın şərqindən Missuri ştatındakı Kanzas Siti şəhərinə qədər uzanıb ki, bu da bəyanatda vurğulandığı kimi, Paris və Venesiya arasındakı məsafəyə bərabərdir.
2020-ci ilin aprelində müəyyən edilmiş və ABŞ-də qeydə alınmış əvvəlki rekord 768 km idi.
Rizvan CƏFƏROV,
“Azərbaycan”